BAYRAQDAR MEDİA – Qarsın Sarıqamış rayonunda uça bilməyəcək vəziyyətdə olan kerkenez balası əməkdaşların diqqəti sayəsində mühafizəyə götürülüb.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Bildirilib ki, İnönü məhəlləsində yerləşən Harun Hayali Millət Bağında çalışan mühafizəçi Erol Gök yerdə olan və uçmaqda çətinlik çəkən quş balasını görüb. Onun məlumatından sonra əraziyə Təbiətin Mühafizəsi və Milli Parklar Şöbə Müdirliyinin Sarıqamış Allahuekber Dağları Milli Parkı Şefliyinin əməkdaşları göndərilib.
Əməkdaşlar tərəfindən təhvil alınan kerkenez balası lazımi müalicə və qulluğun göstərilməsi üçün Qafqaz Universitetinin Vəhşi Təbiətin Xilasetmə və Reabilitasiya Mərkəzinə aparılıb.
Quşun sağlamlığı tam bərpa olunduqdan sonra yenidən təbii yaşayış mühitinə buraxılması planlaşdırılır.






İlk şərhi yaza bilərsiniz