BAYRAQDAR MEDİA – İğdırda havanın temperaturunun 35 dərəcəyədək yüksəldiyi günlərdə sakinlər və sahibkarlar küçə heyvanlarına xüsusi qayğı göstərirlər. Həssas vətəndaşlar küçələrə su qabları və yem qoyaraq heyvanların isti havalarda susuz və ac qalmamasına çalışırlar.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, xüsusilə günün ən isti saatlarında iş yerlərinin qarşısına qoyulan su qabları mütəmadi olaraq təzə su ilə doldurulur. Bəzi sakinlər isə park və yaşıllıq ərazilərinə yem qoyaraq bu təşəbbüsə dəstək verirlər. Şəhər sakinləri bildirirlər ki, yay aylarında hər kəs evinin qarşısına bir qab su və bir qədər yem qoymaqla küçə heyvanlarının yaşamasına böyük töhfə verə bilər. Rəsmilər də isti havalarda heyvanların suya tələbatının artdığını vurğulayaraq bu həssas münasibətin digər şəhərlərə də nümunə olmasını arzulayıblar.






İlk şərhi yaza bilərsiniz