Press "Enter" to skip to content

Avqustda həm Günəş, həm də Ay tutulması baş verəcək

BAYRAQDAR MEDİA – 2026-cı ilin avqust ayında iki mühüm astronomik hadisə – tam Günəş və qismən Ay tutulması müşahidə olunacaq. Türkiyə Milli Rəsədxanasının hazırladığı “2026 Göy Hadisələri İlliyi”nə əsasən, avqustun 12-də baş verəcək tam Günəş tutulması Türkiyədən görünməyəcək.

Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.

Bildirilib ki, tutulmanın ən yüksək mərhələsi Türkiyə vaxtı ilə saat 20:47-də baş versə də, həmin vaxt Günəş üfüqdən aşağıda olacağı üçün bu hadisəni ölkədən izləmək mümkün olmayacaq: “Tam Günəş tutulması əsasən Qrenlandiya, İslandiya, İspaniya və Portuqaliyanın şimal-şərqindəki kiçik bir ərazidən görünəcək, Avropanın digər bölgələrində isə qismən müşahidə ediləcək”.

Məlumata görə, avqustun 28-də baş verəcək qismən Ay tutulması isə Türkiyədən müəyyən mərhələlərdə izlənilə biləcək: “Ay Yerin yarımkölgə zonasına saat 04:23-də, tam kölgə zonasına isə saat 05:33-də daxil olacaq. Lakin tutulmanın maksimum mərhələsi Ayın batmasından sonraya təsadüf etdiyindən bu hissəni Türkiyədən müşahidə etmək mümkün olmayacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.