Son yeniləmə: 7 Sentyabr 2026
BAYRAQDAR MEDİA – Türkiyə Beyazay Dərnəyinin Iğdır şöbəsinin sədri Ali Dokçu və nümayəndə heyəti universitetin rektoru Prof. Dr. Ekrem Güreli ziyarət edib. Görüşdə xüsusi ehtiyacları olan şəxslərin təhsil, mədəniyyət və sosial həyata daha fəal cəlb olunmasına yönəlmiş işlər müzakirə edilib.
Universitetlə dərnək arasında birgə sosial məsuliyyət layihələrinin həyata keçirilməsi imkanları da nəzərdən keçirilib. Rektor Ekrem Gürel xüsusi ehtiyacları olan şəxslərlə bağlı ictimai maarifləndirmə fəaliyyətlərinə və “Əngəlsiz Universitet” vizyonuna böyük əhəmiyyət verdiklərini bildirib.
Ali Dokçu isə universitetin imkanlarını ictimai faydaya yönəlmiş layihələrə açmasından məmnunluğunu ifadə edib. O, əməkdaşlığın xüsusi ehtiyacları olan şəxslərin sosial həyata daha fəal inteqrasiyasına mühüm töhfə verəcəyini söyləyib. Görüş qarşılıqlı xoşməramlı arzular və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz