Press "Enter" to skip to content

Avqust ayında 18 min 971 müraciət daxil olub

BAYRAQDAR MEDİA – Avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (bundan sonra “BŞTİ”) 18 971 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 10 min 312 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 4 min 657 müraciət daxil olub.

BŞTİ-yə 3 min 555 sənəd (vətəndaşlar tərəfindən 1 790 ərizə, Elm və Təhsil Nazirliyindən 651, digər qurumlardan 280, tabelikdə olan təhsil müəssisələrindən 349 məktub və 485 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 447 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.