Press "Enter" to skip to content

Azərbaycan universitetlərinə beynəlxalq maraq artır

Azərbaycan universitetlərinə beynəlxalq maraq artır

BAYRAQDAR MEDİA – Azərbaycan ali təhsil müəssisələrində təhsil almağa maraq göstərən əcnəbi tələbələrin coğrafiyası genişlənir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “dünyanın müxtəlif ölkələrindən olan tələbələr yeni tədris ilində təhsillərini Azərbaycan universitetlərində davam etdirmək üçün Azərbaycana gəlirlər. Onların sırasında fərqli regionları və mədəniyyətləri təmsil edən gənclər yer alır. Son illərdə Azərbaycan ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunur. Bununla yanaşı, ölkəmizdə təhsil almağa maraq göstərən ölkələrin coğrafiyası da genişlənir”.

Daha sonra xəbərdə, “Azərbaycan universitetlərinin beynəlxalq əməkdaşlığının inkişafı, müxtəlif ixtisas və proqramlar üzrə təhsil imkanlarının genişlənməsi, eləcə də xarici tələbələr üçün yaradılan imkanlar Azərbaycanın ali təhsil istiqaməti kimi tanınmasına töhfə verir. “Study in Azerbaijan” çərçivəsində də Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq auditoriyaya təqdim olunması və ölkəmizin xarici tələbələr üçün təhsil istiqaməti kimi tanıdılması istiqamətində fəaliyyət davam etdirilir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.