Press "Enter" to skip to content

Master-klas: “Liderlik və idarəetmə”

Master-klas: “Liderlik və idarəetmə”

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyində (SXA) rəhbər vəzifələrdə çalışan əməkdaşlar üçün “Liderlik və idarəetmə” mövzusuna həsr edilən master-klas təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “interaktiv mühitdə baş tutan görüş tanınmış ekspert, biznes-konsultant və təlimçi Elşən Bədirxanovun təqdimatında həyata keçirilib. Tədbirin məqsədi rəhbər heyətin müasir liderlik bacarıqlarını təkmilləşdirmək, komandalararası münasibətləri gücləndirmək və idarəetmədə çevik qərarvermə mexanizmlərini təqdim etmək olub”.

Daha sonra xəbərdə, “master-klas çərçivəsində iştirakçılar nəzəri biliklərlə yanaşı, real idarəetmə situasiyalarına əsaslanan müxtəlif praktiki keyslər üzərində işləyiblər. Komanda şəklində aparılan təhlillər zamanı strateji yanaşma, böhran vəziyyətlərində düzgün kommunikasiya və effektiv resurs idarəçiliyi kimi vacib məqamlar müzakirə olunub” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.