Press "Enter" to skip to content

“Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi

“Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi

BAYRAQDAR MEDİA – Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (Defence Education Enhancement Programme – DEEP) çərçivəsində Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti üçün “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbir çərçivəsində iştirakçılara müasir təlim və tədris metodları, məşğələlərin səmərəli təşkili, təlim nəticələrinin qiymətləndirilməsi, təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi, qarşılıqlı effektiv müəllim–tələbə əlaqəsinin qurulması və digər aktual mövzular üzrə məlumatlar təqdim olunub”.

Sonra xəbərdə, “treninqin əsas məqsədi hərbi təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin pedaqoji və metodiki bacarıqlarının təkmilləşdirilməsi, müasir tədris metodlarının tətbiqinin genişləndirilməsi, təhsil prosesinin səmərəliliyinin artırılması, eləcə də hərbi təhsilin qabaqcıl beynəlxalq təcrübə və NATO standartları əsasında inkişaf etdirilməsidir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.