Press "Enter" to skip to content

Yeni tələbələr rektorla onlayn görüşdülər

Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti

BAYRAQDAR MEDİA – 2026–2027-ci tədris ilində Adana Alparslan Türkeş Universitetinə qəbul olunan yeni tələbələr üçün “Onlayn Tanışlıq” tədbiri keçirilib. Microsoft Teams platformasında təşkil olunan görüş “Qoşulun, tanış olun, ATÜ-nü kəşf edin” devizi ilə reallaşıb.

Tələbələr universitet həyatı, kampus imkanları və gələcək hədəflər barədə məlumat əldə edib, suallarını birbaşa universitet rəhbərliyinə ünvanlamaq imkanı qazanıblar. Rektor Prof. Dr. Adnan Sözen universitetlərin yalnız akademik bilik verən müəssisələr deyil, həm də gələcəyin qurulduğu həyat məkanları olduğunu bildirib. O, yeni tələbələrə universitet ailəsinə xoş gəldiniz deyərək onların hər zaman dəstəklənəcəyini vurğulayıb. Görüşlə universitetdə yeni tədris ilinin başlanğıcına həsr olunan tədbirlər start götürüb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.