BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən “Himayədar ailə” institutunun təbliği məqsədilə bir sıra rayon və şəhərlərdə yerli sakinlərlə görüşlər keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Qax, Bərdə, Biləsuvar, Şirvan, Salyan, Saatlı, Göyçay və Neftçalada təşkil edilən görüşlərdə 300-dən çox vətəndaş iştirak edib. Görüşlər zamanı “Himayədar ailə” qayğı modelinin üstünlüklərindən bəhs edilib. Qeyd edilib ki, bu model valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinə, onların fiziki, psixoloji və sosial inkişafının dəstəklənməsinə yönəlmiş alternativ qayğı növüdür. Eyni zamanda, himayədar valideyn olmaq üçün müraciət qaydaları, namizədlərə dair tələblər və seçim mərhələləri barədə məlumat verilib”.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.






İlk şərhi yaza bilərsiniz