Press "Enter" to skip to content

Fermerlərə və sahibkarlara çağırış

Fermerlərə və sahibkarlara çağırış

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, heyvan mənşəli məhsulların izlənilmə sisteminin qurulması və əhalinin sağlam, təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində nəzarət və tənzimləmə tədbirlərini genişləndirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qeyd edək ki, ölkə ərazisində mövcud olan bütün heyvanların identifikasiya olunması qida zəncirində şəffaflığın, heyvan xəstəliklərinə qarşı effektiv mübarizənin və məhsulların izlənilməsinin təmin edilməsi üçün mütləq şərtdir. Fermerlər və heyvandarlıqla məşğul olan sahibkarlar bu prosesdə maksimum məsuliyyətli olmalıdır. Heyvanların identifikasiyası epizootik sabitliyin qorunmasına, xəstəliklərin vaxtında qarşısının alınmasına və istehlaka təqdim olunan heyvan mənşəli məhsulların və xammalın mənşəyinin məlum olmasına zəmanət verir. Bununla yanaşı, heyvanların kəsimi yalnız qanunvericiliyin tələblərinə cavab verən, müvafiq sanitar-gigiyenik şəraitə, soyutma sistemlərinə və baytarlıq nəzarətinə malik heyvan kəsimi məntəqələrində həyata keçirilməlidir. Küçələrdə, yol kənarlarında, antisanitar və müvafiq icazəsi olmayan yerlərdə heyvan kəsimi qətiyyən yolverilməzdir”.

Daha sonra xəbərdə, “eyni zamanda, heyvan kəsimi məntəqələri olmayan regionlarda yeni, baytarlıq nəzarətində olan kəsim məntəqələrinin qurulması mühüm prioritet hesab edilir. Bununla əlaqədar, Agentlik yerli icra nümayəndələrini və sahibkarları sıx əməkdaşlığa çağırır. Regionlarda sahibkarlar tərəfindən yeni, müasir kəsim məntəqələrinin formalaşdırılması, yerli icra orqanlarının isə bu prosesə zəruri təşkilati və infrastruktur dəstəyini göstərməsi bölgələrdə qanunsuz kəsim hallarının qarşısını alacaq. AQTA qida zəncirində iştirak edən bütün tərəfləri qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə, məsuliyyət nümayiş etdirməyə və bu istiqamətdə həyata keçirilən islahatlara dəstək verməyə çağırıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.