BAYRAQDAR MEDİA – Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “valideynlər övladlarını mygov platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan başlayaraq 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər”.
Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.






İlk şərhi yaza bilərsiniz