Press "Enter" to skip to content

Tədbir: “Erkən nikahın mənfi nəticələri”

Tədbir: “Erkən nikahın mənfi nəticələri”

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün “Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təlim zamanı erkən nikah anlayışı, onun hüquqi və ictimai aspektləri, yaranma səbəbləri, eləcə də doğurduğu mənfi nəticələr və fəsadlar barədə ətraflı məlumat verilib. Tədbir gəncləri erkən nikahın yaratdığı fəsadlar barədə maarifləndirmək, bu cür halların qarşısının alınmasına töhfə vermək və mövzu ilə bağlı onların düzgün və sağlam düşüncələrinin formalaşmasına dəstək məqsədi daşıyıb”.

Sonda suallar cavablandırılıb, mövzu ətrafında müzakirə aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.