BAYRAQDAR MEDİA – Fırat Universitetinin elmi araşdırma, texnologiya və innovasiya imkanlarını genişləndirməsi nəzərdə tutulan Prof. Dr. Yasemin Açık AR-GE Mərkəzi istifadəyə verilib. Açılış mərasimi Türkiyə Prezidentinin müavini Cevdet Yılmazın iştirakı ilə keçirilib. Təxminən 2100 kvadratmetr qapalı sahəyə malik iki mərtəbəli mərkəz səkkiz bölmə və altı layihə iş sahəsindən ibarətdir.
Mərkəzin tikintisinə 2023-cü ildə universitetin öz imkanları hesabına başlanılıb, daha sonra Prof. Dr. Yasemin Açıkın dəstəyi ilə yarımçıq qalan tikinti tamamlanıb. Universitet rektoru Prof. Dr. Fahrettin Göktaş mərkəzin universitetin ilk müstəqil AR-GE binası olduğunu və xüsusilə proqram təminatı və informasiya texnologiyaları sahəsində gənclərə imkan yaradacağını bildirib.
Mərkəzdə proqram təminatı, süni intellekt, müdafiə sənayesi, rəqəmsal transformasiya, robototexnika və sənaye texnologiyaları üzrə işlərin aparılması planlaşdırılır. Layihə Koordinasiya və Məsləhət Mərkəzi vasitəsilə tələbə və akademiklərin TÜBİTAK, TEKNOFEST və digər milli və beynəlxalq layihələrə hazırlanmasına dəstək veriləcək.






İlk şərhi yaza bilərsiniz