Press "Enter" to skip to content

“Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları – VİDEO

“Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları

BAYRAQDAR MEDİA – Azərbaycanda təşkil olunan “Birliyin Gücü – 2026” birgə hərbi təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “plana uyğun olaraq şəxsi heyətin zirehli nəqliyyat vasitələri ilə əməliyyat sahəsinə daşınması, yaşayış məntəqəsində döyüş, mina sahələrindən keçidlərin açılması, şərti terrorçuların mövqelərinə basqın və obyektin düşməndən təmizlənərək ələ keçirilməsi, tankəleyhinə vasitələrlə şərti düşmənin zirehli texnikasının məhv edilməsi fəaliyətləri yerinə yetirilib. Basqın zamanı hərbi qulluqçular döyüş helikopterlərinin, zirehli texnikanın və artilleriya vasitələrinin atəş dəstəyi ilə tapşırıqları yerinə yetirib, eləcə də qarşılıqlı fəaliyyət və koordinasiya üzrə praktiki bacarıqlarını təkmilləşdiriblər. Tapşırıqların icrası iştirakçı ölkələrin hərbi qulluqçularının yüksək peşəkarlığı sayəsində uğurla yekunlaşıb”.

Qeyd edək ki, təlimdə əsas məqsəd hərbi qulluqçuların praktiki vərdişlərinin artırılması, silah və texnikanın şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olunması, həmçinin verilən tapşırıqları çevik və koordinasiyalı şəkildə icra etmək imkanlarının genişləndirilməsidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.