Press "Enter" to skip to content

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərov 23 oktyabr 2026-cı il tarixində Qax şəhərində, Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Qax, Zaqatala və Balakən rayonları sakinlərinin qəbulunu keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “əvvəlcə, K.Heydərov Ümummilli Lider Heydər Əliyevin Qax şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib. Sonra nazir tərəfindən qəbul edilən Qax, Zaqatala və Balakən rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib”.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.