BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Zəfər Azərbaycan xalqının qürur mənbəyi, müstəqil dövlətçiliyin tarixi nailiyyətidir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “QMKİDK noyabrın 5-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə metronun “İçərişəhər” stansiyasında şanlı Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya təşkil edib. Aksiya iştirakçılarına kiçik ölçülü standart kağız parçalarına ürək sözlərini yazıb, mərkəzdə quraşdırılmış iri lövhədəki yumruq təsvirinin üzərinə yapışdırmaq təklif olunub”.
Ardınca xəbərdə, “sosial aksiyanın keçirilməsində məqsəd möhtəşəm Zəfərin qazanılmasında mühüm amillərdən olan birliyi və həmrəyliyi bir daha nümayiş etdirmək, Azərbaycan xalqına qürur və qələbə sevinci yaşadan Prezident İham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna, müharibə veteranlarına minnətdarlığı çatdırmaq, şəhidlərin ruhuna ehtiramı bildirməkdir” deyə qeyd olunur.
Aksiyada ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar, turistlər və vətəndaşlar iştirak ediblər.






İlk şərhi yaza bilərsiniz