Press "Enter" to skip to content

Gəncədə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” işə başlayacaq

Forum iştirakçıları

BAYRAQDAR MEDİA – 2026-cı il noyabrın 6-da Gəncədə “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda iştirak edəcək heyət Gəncədədir.

Bu barədə QHT-lər Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, forum çərçivəsində QHT sektorunun inkişafı, təşkilatlararası əməkdaşlığın gücləndirilməsi, rəqəmsallaşma və süni intellekt imkanlarından istifadə, eləcə də milli maraqların qorunmasında vətəndaş cəmiyyətinin rolu müzakirə olunacaq.

Noyabrın 6-da forumun açılış mərasimi keçiriləcək. Həmin gün, həmçinin sərgi təşkil olunacaq. Sərginin təşkilində “Səyahət Turizminin İnkişafına Dəstək” İctimai Birliyi və Gilavar Foto Klubu iştirak edəcək.

Məlumata görə, Forum çərçivəsində üç istiqamət üzrə panel müzakirələrinin keçirilməsi nəzərdə tutulur. Panellərdə QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları, Azərbaycan QHT-lərinin milli maraqların qorunmasındakı rolu, eləcə də Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) irsinin QHT təşəbbüslərində yaşadılması məsələləri müzakirə ediləcək.
Tədbirin bədii hissəsindən sonra iştirakçılar Bakı şəhərinə yola düşəcəklər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.