Press "Enter" to skip to content

İkinci sahə tədbirinə hazırlıq görüşü keçirilib

BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetinin rektoru, professor Ramazan Cüneyt Erenoğlunun sədrliyi ilə Kampus Kənd Akademiyası layihəsinin komandası və akademik heyət Senatın iclas zalında bir araya gəlib.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, görüşdə layihənin ikinci sahə tədbirinə hazırlıq məsələləri müzakirə olunub. Tədbir çərçivəsində qurulacaq stendlər və emalatxanalar, akademik heyətin vəzifə bölgüsü, görüləcək işlər, eləcə də yerli əhalinin tələb və gözləntiləri nəzərdən keçirilib.

Universitetin Elm Kommunikasiyası Ofisinin və Kampus Kənd Akademiyasının koordinatoru professor Alptürk Akçöltekin, koordinator müavinləri, layihənin ideya müəllifi və komanda rəhbəri Zafer Durmaz da görüşdə iştirak ediblər. Türkiyədə ilk nümunə olduğu bildirilən Kampus Kənd Akademiyası ikinci sahə tədbirinə hazırlıqları davam etdirir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.