Press "Enter" to skip to content

Kıbrısın qədim karakılçıq buğdasının xüsusiyyətləri araşdırılıb

BAYRAQDAR MEDİA – Yakın Doğu Universitetində keçirilən tədbirdə Kıbrısın ənənəvi karakılçıq buğdasının, ununun və yerli çörəyinin qida xüsusiyyətləri elmi baxımdan araşdırılıb, çörək dequstasiyası üzrə seminar təşkil olunub.

Universitetin Kənd Təsərrüfatı Fakültəsinin Qida Mühəndisliyi Bölməsinin təşkil etdiyi “Toxumdan qidaya: Kiprin qədim karakılçıq buğdası, unu və yerli çörəyinin qida xüsusiyyətləri və çörək dequstasiyası” adlı tədbir İrfan Günsel Konqres Mərkəzində baş tutub. Tədbirdə yerli kənd təsərrüfatı məhsullarının tanıdılması və ənənəvi qida mədəniyyətinin qorunmasının əhəmiyyəti vurğulanıb.

Tədbirin açılışında fakültənin dekanı, professor Özge Özden çıxış edib. KKTC-nin Kənd Təsərrüfatı və Təbii Sərvətlər Nazirliyindən doktor Reşat Değirmenci və universitetin Qida Mühəndisliyi Bölməsinin müəllimi, dosent Perihan Adun təqdimatlarla çıxış ediblər.

Reşat Değirmenci 1974-cü ildən 2023-cü ilə qədər Kiprdə kənd təsərrüfatının inkişafı, yerli istehsal şəraiti və bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib. Perihan Adun isə karakılçıq buğdasının, ununun və yerli çörəyin qida və texnoloji xüsusiyyətlərini izah edib. O bildirib ki, bu buğdanın xəmir yoğurma dözümlülüyü aşağı olduğundan uzunmüddətli emal və sənaye avadanlıqlarında təkbaşına istifadəsi məqsədəuyğun deyil.

Professor Özge Özden Kiprin zeytunu, zeytun yağı, balı, hellimi və keçibuynuzunun yerli mədəniyyətin mühüm dəyərləri olduğunu vurğulayıb. O, universitetin bu məhsulların istehsalı, elmi araşdırılması və davamlılığının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.