Press "Enter" to skip to content

“Şahbazlar Otomotiv” gənclərə dəstək verəcək

“Şahbazlar Otomotiv” gənclərə dəstək verəcək

BAYRAQDAR MEDİA – Yozgat Bozok Universitetinin Yozgat Peşə Məktəbi ilə “Şahbazlar Otomotiv” şirkəti arasında tələbələrin peşə hazırlığını, sektor təcrübəsini və məzun olduqdan sonra işlə təmin olunmasını dəstəkləyən əməkdaşlıq protokolu imzalanıb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, 1987-ci ildən avtomobil və kənd təsərrüfatı texnikası sahəsində fəaliyyət göstərən şirkət bu əməkdaşlıq vasitəsilə təcrübəsini gənc nəslə ötürməyi hədəfləyir. Protokol imzalanma mərasimində universitetin və şirkətin nümayəndələri, eləcə də “TürkTraktör” şirkətinin təhsil prosesləri üzrə rəhbəri iştirak ediblər.

Əməkdaşlıq çərçivəsində tələbələr müəssisədə peşə təhsili və təcrübə proqramlarından yararlana biləcəklər. Avtomobil texnologiyaları, maşınqayırma və kənd təsərrüfatı texnikası ixtisasları üzrə təhsil alan tələbələr üçün şirkətin müəssisələrinə texniki ekskursiyalar da təşkil olunacaq. Uğurlu məzunların işlə təmin olunması imkanlarının nəzərdən keçirilməsi də nəzərdə tutulur.

Şirkətin sahibi Fatih Şahbaz bildirib ki, məqsədləri gənclərin peşə bacarıqlarını inkişaf etdirmək və sektorun ehtiyac duyduğu ixtisaslı kadrların hazırlanmasına töhfə verməkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.