BAYRAQDAR MEDİA – Eskişehir Osmangazi Universitetinin (ESOGÜ) Tibb bacılığı fakültəsinin tələbələri qocalar evinin sakinləri üçün “Qutuda nə var?” adlı əyləncəli tədbir təşkil ediblər.
Tədbir Eskişehir Halis Toprak Yaşlılara Qulluq və Reabilitasiya Mərkəzində keçirilib. Universitet tələbələri burada yaşayan yaşlı insanlarla görüşərək söhbət edib, onların hal-əhvalını soruşub və müxtəlif fəaliyyətlər təşkil ediblər.
“Qutuda nə var?” adlı oyunda iştirakçılar qutunun içərisinə yerləşdirilmiş əşyaları görmədən, yalnız toxunmaqla müəyyən etməyə çalışıblar. Tədbir həm tələbələr, həm də yaşlılar üçün maraqlı və əyləncəli anlarla yadda qalıb.
Eskişehir Ailə və Sosial Xidmətlər İdarəsinin müdiri Orhan Bayrak bildirib ki, Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin həyata keçirdiyi “Yaxşılıq var” təşəbbüsü dövlət qurumları, qeyri-hökumət təşkilatları və xüsusilə universitetlər arasında əməkdaşlığı təşviq edir. O, universitetin tibb bacılığı tələbələrinin uzun müddətdir sosial xidmət müəssisələrində yaşlılarla birgə fəaliyyət göstərdiyini qeyd edərək, bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.






İlk şərhi yaza bilərsiniz