BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Tanıtma Platformasının sədri Okyay Sadıkoğlu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə açıqlama yayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Kuzey Kıbrıs Tanıtma Platformasındam məlumat verilib.
Məlumatda görə, açıqlamada bildirilir ki, yaradılışını sanki dünən baş vermiş kimi KKTC-nin 43-cü ildönümü böyük qürur hissi ilə qeyd olunur. Kıbrıs türk xalqının zəhməti və fədakarlığı hesabına qurulan Cümhuriyyət türk dünyasının azadlıq məşəli, ana vətən Türkiyənin isə qürur mənbəyidir.
Sadıkoğlu bu Cümhuriyyətin bir əsgəri olmaqdan qürur duyduğunu vurğulayıb.
Qeyd olunub ki, Volkan təşkilatından Türk Müqavimət Təşkilatına qədər uzanan və sonrakı illərdə qətiyyətlə davam etdirilən mübarizə Kıbrıs türk xalqının öz yurdunda azad və ləyaqətli yaşamaq iradəsinin ifadəsidir. KKTC məhz bu haqq mübarizəsinin və xalqın öz gələcəyinə sahib çıxmaq əzminin nəticəsidir.
Açıqlamada bu əlamətdar gündə azadlıq mübarizəsinin lideri doktor Fazıl Küçük, KKTC-nin Qurucu Cümhurbaşqanı Rauf Denktaş, şəhidlər və bu mübarizəyə töhfə verərək dünyasını dəyişən şəxslər rəhmət və minnətdarlıqla yad edilib. Müharibə veteranlarına, eləcə də Cümhuriyyətin qurulmasında əməyi olan hər kəsə dərin ehtiram ifadə olunub.
Okyay Sadıkoğlu ana vətən Türkiyənin güclü dəstəyi və türk dünyasının həmrəyliyi sayəsində KKTC-nin beynəlxalq səviyyədə tanınacağına, Kıbrıs türk xalqına qarşı tətbiq edilən embarqoların sona çatacağına inandığını bildirib.
O, rəhbərlik etdiyi Kuzey Kıbrıs Tanıtma Platformasının bu inamla ölkəsinin səsini dünyaya çatdırmaq istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Həmçinin Cümhuriyyəti yaşatmaq və gələcək nəsillərə daha güclü dövlət miras qoymaq üçün üzərinə düşən bütün vəzifələri bir əsgər kimi yerinə yetirməyə hazır olduğunu bir daha bəyan edib.






İlk şərhi yaza bilərsiniz