Bayraqdar.info – Mayın 6-8-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə kiçik yaşlı yeniyetmə (U-15) cüdoçular arasında Azərbaycan birinciliyi təşkil olunacaq.
Federasiyanın mətbuat xidmətindən bayraqdar.info-ya bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışda Azərbaycanın müxtəlif regionlarından, klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 650-ə yaxın idmançı gücünü sınayacaq. Üç gün davam edəcək turnirdə 2008-2010-cü illər təvəllüdlü idmançılar iştirak edəcəklər.
“Qeyd edək ki, Azərbaycan birinciliyinə seçim mərhələsi çərçivəsində keçirilən yarışlarda 1 min 837 (131 qız, 1 min 706 oğlan) idmançı iştirak edib.
“Yarışın təşkilində Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri yeniyetmələr və gənclər arasında cüdo idman növünə marağın artırılması, təbliği və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır”, – deyə xəbərdə qeyd edilib.









