Press "Enter" to skip to content

Türkiyə vətəndaşları bu dəfə də seçki sınağından uğurla çıxdı

Cavid Aydın səs verərkən. Arxiv fotosu

Son yeniləmə: 28 May 2023 16:01

Cavid Aydın: Eskişehirdə seçicilər ikinci turda da yüksək fəallıq nümyiş etdirirlər

BAYRAQDAR MEDİA – “Türkiyə vətəndaşları bir daha təsdiq etdilər ki, onlar öz gələcəklərinə xüsusi həssaslıqla yanaşırlar. Çünki adətən hər bir vətəndaş ölkədə keçirilən seçkilərdə iştirakla həm seçkiyə qədər reallaşdırılan siyasətə qiymət verir, həm də gələcəyini necə görmək istəyini nümyiş etdirir. Bu baxımdan deyə bilərik ki, həm mayın 14-də keçirilən birinci turda, həm də mayın 28-də keçirilən ikinci turda Türkiyə vətəndaşları seçki sınağından uğurla çıxdılar”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.

Giresunda seçicilər yüksək fəallıq nümayiş etdirirlər

Xatırladaq ki, mayın 28-də Türkiyədə Cümhurbaşqanı seçkisinin ikinci turu keçirilir.

“Eskişehirdə seçicilər ikinci turda da yüksək fəallıq nümyiş etdirirlər” deyən C.Aydın özünün Bahçelievler Mahellesi, Namik Kemal ortaokulundakı 2361 saylı sandıqda səs verdiyini bildirib.

“Onu da deyim ki, mayın 14-də də, bu dəfə də Eskişehirli seçicilərin yüksək fəallığını müşahidə edirik. Daha bir maqarlı məqam isə hətta əlil arabasında gələn seçiciləri müşahidə etməyimizlə bağlıdır. Yəni, gəncindən tutmuş, yaşlısına qədər hər bir seçici öz səsvermə hüquqndan istifadəe etmək üçün səhər erkəndən seçki məntəqələrinə üz tutur” deyə o, əlavə edib.

Mission News Theme by Compete Themes.