Press "Enter" to skip to content

Xalq artisti ilə görüş keçirilib

Görüşdən xatirə şəkli

BAYRAQDAR MEDİA – Noyabrın 20-si saat 15:00-da Suraxanı Gənclər Evində görkəmli teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı ilə gənclərin görüşü keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən qurumdan daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə Suraxanı Rayon İcra Hakimiyyəti, Gənclər Evi, Gənclər və İdman sektorunun əməkdaşları, tələbə və məktəblilər iştirak edib. Öncə Xalq artistinin səhnə fəaliyyətinə, yaratdığı obrazlara dair videoçarx nümayiş olunub”.

Sonra N.Mehdixanlı gənclərə öz həyat və yaradıcılığı barədə məlumat verib, müəllifi olduğu şeirlərindən bir neçəsini səsləndirib və sualları cavablandırıb. Sonda aktyor dəvətə görə Gənclər Evinin kollektivinə minnətdarlığını bildirib və gənclərlə görüşdən məmnunluğunu ifadə edib.

Mission News Theme by Compete Themes.