Press "Enter" to skip to content

Azərbaycanın sərbəst güləş millisi Avropa ikincisi olub

Azərbaycanın sərbəst güləş millisi Avropa ikincisi olub

BAYRAQDAR MEDİA – İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatına yekun vurulub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından daxil olub.

Xəbərdə qeyd edilir ki, “sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyində 5 medal qazanıb. Komanda 1 qızıl, 2 gümüş və 2 bürünc medalla 133 xal toplayıb və Avropa ikincisi olub. Gürcüstan (164) birinci, Ukrayna (81) isə üçüncü yeri tutub”.

Xatırladaq ki, böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən HacıyevƏşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq) qızıl, Muradxan Omarov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medal qazanıb.

Mission News Theme by Compete Themes.