Press "Enter" to skip to content

Nazir Dünya Şaquli Qaçış Assosiasiyasının prezidenti ilə görüşüb

Nazir Dünya Şaquli Qaçış Assosiasiyasının prezidenti ilə görüşüb

BAYRAQDAR MEDİA – İyulun 7-də gənclər və idman naziri Fərid Qayıbov Dünya Şaquli Qaçış Assosiasiyasının prezidenti Daniel Cecetkanı qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “görüş zamanı şaquli qaçış idman proqramının Azərbaycanda inkişafı, bu sahədə görülən işlər və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin gənclərin bu idman növünə cəlb olunması istiqamətində birgə tədbirlər barədə fikir mübadiləsi aparılıb”.

Görüşdə “Triterra” Triatlon Klubunun təsisçisi Rüfət Həsənov da iştirak edib.

Mission News Theme by Compete Themes.