BAYRAQDAR MEDİA – Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında 5-ci turun görüşləri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “kişilərdən ibarət Azərbaycan yığması Yunanıstan komandası ilə qarşılaşıb. Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib. Bu turdan sonra aktivində 7 xalı olan Azərbaycan komandası 5-7-ci yerləri bölüşür. Qadınlardan ibarət Azərbaycan millisi də Batumidə Yunanıstanla mübarizə aparıb. Görüş bərabərliklə yekunlaşıb 2-2. Hazırda 6 xalı olan qadınlardan ibarət komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb”.
Oktyabrın 10-u Avropa çempionatında 6-cı turun partiyaları oynanılacaq. Azərbaycanın hər iki komandası püşkə əsasən Ermənistan şahmatçılarıyla qarşılaşacaq.





