BAYRAQDAR MEDİA – Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən 17–19 oktyabr tarixlərində Meksikanın Qvadalaxara şəhərində Qran-Pri turniri keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq. Üç gün davam edəcək turnirdə 35 ölkədən 248 idmançı (154 kişi, 96 qadın) iştirak edəcək”
Heyətə daxildir:
Kişilər
-60 kq
Əhməd Yusifov
Balabəy Ağayev
-66 kq
Ruslan Paşayev
Yaşar Nəcəfov
-73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
-81 kq
Vüsal Qələndərzadə
Zelim Tçkayev
-90 kq
Murad Fətiyev
-100 kq
Zelim Kotsoyev
+100 kq
Uşanqi Kokauri





