Press "Enter" to skip to content

Martda dəmir yolu ilə yükdaşımalar artıb

BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin mart ayında 1,6 milyon tondan çox yük daşıyıb.

Bu barədə ADY-dən məlumat verilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb: “Hesabat dövründə tranzit yükdaşımalarında da artım qeydə alınıb. Belə ki, ötən ay 690 min tondan çox tranzit yük daşınıb ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 21 faiz çoxdur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.