Press "Enter" to skip to content

Kafkas Universitetində mühüm müzakirə

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Türkiyənin Kafkas Universitetində Türkiyə Elmlər Akademiyası çərçivəsində universitet konfransları təşkil edilib. “Əhəmiyyətli xəstəliklərin erkən diaqnostikası üçün biosensor texnologiyaları” mövzusunda keçirilən konfransda səhiyyədə yeni nəsil texnologiyalar müzakirə olunub.

Universitetin məlumatına əsasən, tibb fakültəsinin konfrans zalında keçirilən tədbirdə rektor müavinləri professor Engin Kılıç və professor Levent Gelibolu, akademik heyət və çoxsaylı tələbə iştirak edib. Açılış çıxışında Prof. Dr. Engin Kılıç bu cür tədbirlərin universitetin elmi inkişafına və bilik mübadiləsinə mühüm töhfə verdiyini vurğulayıb”.

Konfransın əsas məruzəçisi TÜBA-GEBİP üzvü və Ankara Universitetinin Araşdırma üzrə dekanı professor Mehmet Lütfi Yola olub. O, biosensorların müasir tibbdə oynadığı mühüm rolu izah edərək nanoteknologiya əsaslı bu sistemlərin yalnız səhiyyədə deyil, qida və ətraf mühit sahələrində də sürətli və etibarlı analiz imkanı yaratdığını bildirib.

Konfransdan sonra Prof. Dr. Yola universitet rektoru Hüsnü Kapu ilə görüşərək TÜBA-nın hədiyyəsini təqdim edib. Rektor Kapu isə bu cür elmi əməkdaşlıqların davamlı olmasının vacibliyini vurğulayıb.

Mission News Theme by Compete Themes.