Press "Enter" to skip to content

Abşeronda vətəndaş qəbulu

Abşeronda vətəndaş qəbulu

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən Abşeron və Xızı sakinləri üçün vətəndaş qəbulu keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qəbulda ümumilikdə 30-a yaxın şəxs iştirak edib. Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov və Nazirlik yanında İctimai şuranın üzvü İradə Rizazadənin iştirak etdiyi qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər arasında mənzil, avtomobil, sanatoriya-kurort yollayışları ilə təminat və s. ilə bağlı məsələlər üstünlük təşkil edib. Vətəndaşların sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib”.

Qeyd edək ki, SXA-nın fəaliyyət istiqamətlərinə dair müraciəti olan hər bir vətəndaş qəbullarda iştirak edə bilər. Bunun üçün (012) 525-41-30 (daxili 5625, 5614) telefon nömrəsinə zəng etmək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərmək, yerli filiala yaxınlaşmaq, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət etmək lazımdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.