BAYRAQDAR MEDİA – Azərbaycan və Çexiyanın müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə “İkitərəfli hərbi əməkdaşlıq danışıqları” keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb və müxtəlif sahələr üzrə brifinqlər təqdim edilib. Danışıqların yekununda tərəflər arasında 2026-cı il üçün “İkitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb”.
Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra xatirə fotosu çəkdirilib.






İlk şərhi yaza bilərsiniz