Press "Enter" to skip to content

Çağrı mərkəzləri “ASAN xidmət” modeli əsasında təkmilləşdiriləcək

BAYRAQDAR MEDİA – “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4.10-cu bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 aprel tarixli 113 nömrəli Qərarı qəbul edilib. Qərarla Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilib, çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında çağrı xidmətlərinin təşkili nəzərdə tutulub.

Bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Məlumata görə, ölkə üzrə çağrı mərkəzlərinin fəaliyyəti ümumi tələblər əsasında təkmilləşdiriləcək, çağrı mərkəzi olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının xidmətləri mərkəzləşdirilmiş qaydada “ASAN xidmət”in çağrı modeli əsasında “108” Çağrı Mərkəzi vasitəsilə göstəriləcəkdir: “Qərarın icrası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən çağrı mərkəzi olmayan 84 mərkəzi və yerli icra hakimiyyəti orqanının, həmçinin müvafiq müraciət olduqda digər dövlət qurumlarının çağrı xidmətləri “108” Çağrı Mərkəzi vasitəsilə təmin ediləcəkdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.