BAYRAQDAR MEDİA – Azərbaycan ərazisindəki alban məbədlərinin mirvarisi adlandırılan Xudavəng monastrı VI-XIII-XVIII əsrlərdə inşa edilmiş tarixi abidədir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) təşkilatçılığı, Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu məbəd kompleksi haqqında videoçarx hazırlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Komitənin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Kəlbəcər rayonunda yerləşən monastrın tarixi və memarlıq xüsusiyyətləri, bölgənin mədəni irsindəki əhəmiyyəti videoçarxda ətraflı şəkildə işıqlandırılır. Layihənin məqsədi bölgənin çoxəsrlik tarixi və maddi-mənəvi irsini təbliğ etməkdir”.






İlk şərhi yaza bilərsiniz