BAYRAQDAR MEDİA – Elazığ vilayətinin Kovancılar rayonuna bağlı Yeşildere kəndində təşkil olunan Işkın festivalı bu il üçüncü dəfə keçiriləcək. Karaçor Yöresi Dayanışma ve Geliştirme Derneği-nin təşəbbüsü ilə baş tutacaq 3-cü Karaçor Işkın festivalı 3 may bazar günü Yeşildere kəndində keçiriləcək.
Bu barədə elazigsonhaber.com saytı məlumat yayıb.
Məlumata görə, festivalın yalnız Yeşildere kəndi ilə məhdudlaşmayaraq bütün Karaçor bölgəsini əhatə edən ənənəvi mədəniyyət tədbirinə çevrilməsi hədəflənir: “Tədbirə Elazığ valisi başda olmaqla siyasi partiya nümayəndələri, dövlət qurumlarının rəhbərləri, qeyri-hökumət təşkilatları və çoxsaylı vətəndaşların dəvət olunduğu bildirilib. Festival proqramına canlı musiqi ifaları, çıxışlar, yerli xalq oyunları nümayişləri, mehteran komandasının çıxışı və müxtəlif mədəni tədbirlər daxildir. İştirakçılara bölgəyə məxsus işkın menemen başda olmaqla müxtəlif milli yeməklər təqdim olunacaq”.
Məlumatda deyilir ki, festival günü nəqliyyat üçün xüsusi tədbirlər də görülüb: “Pertek bələdiyyə sədrinin dəstəyi ilə Pertek bərəsi festival üçün ayrılıb. Bildirilib ki, bərə saat 10:00-da Güzel Yalı Elemi kəndindən hərəkət edərək Yeşildere kəndindəki festival ərazisinə çatacaq. Murat Irmağının Munzur Çayı ilə qovuşduğu, Fırat Nehrinin başlanğıc nöqtəsi sayılan nadir təbiət mənzərəsində keçiriləcək festivalın bölgənin mədəni dəyərlərinin tanıdılması və birlik-bərabərliyin möhkəmləndirilməsinə töhfə verməsi məqsəd qoyulub”.






İlk şərhi yaza bilərsiniz