Press "Enter" to skip to content

Qazaxıstan QHT-ləri WUF13-də fəal iştiraka dəvət olunub

Aygün Əliyeva çıxış edərkən

BAYRAQDAR MEDİA – 2026-cı il aprelin 23-də Astana şəhərində keçirilən “Regional Ekoloji Sammit – 2026” çərçivəsində QHT Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva “Beynəlxalq Könüllülər İli: könüllülük və ekoloji fəaliyyətlər” mövzusunda panel sessiyasında çıxış edib.

Bu barədə Agentlikdən məlumat verilib.

Məlumata görə, A.Əliyeva QHT işinin kökündə məhz könüllülük, fədakarlıq prinsiplərinin dayandığını bildirib, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafı barədə məlumat verib, Qazaxıstan QHT-lərini WUF13-də fəal iştirak etməyə dəvət edib. O da qeyd olunub ki, QHT Agentliyinin təşkilatçılığı ilə mayın 19-da beynəlxalq tədbir – “WUF13 NGO Forum” keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.