BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə “Təhlükəsiz qidanın memarlığı” mövzusuna həsr olunmuş konfrans keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdə dövlət qurumlarının nümayəndələri, memarlar, şəhərsalma üzrə mütəxəssislər, qida sənayesi təmsilçiləri və AQTA yanında Məşvərət Şurasının üzvləri iştirak ediblər. Konfransın keçirilməsində məqsəd qida zənciri obyektlərinin milli və beynəlxalq standartlara uyğun olaraq planlaşdırılması, layihələndirilməsi və tikintisi ilə bağlı ən yaxşı təcrübələrin müzakirəsini və təşviqini təmin etməkdir. Tədbirin rəsmi hissəsində Agentliyin sədri Qoşqar Təhməzli qonaqları və iştirakçıları salamlayaraq, dövlətin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyətinin xüsusi rol oynadığını vurğulayıb”.
Sonra xəbərdə, “o qeyd edib ki, əlçatan mənzil təminatı və dayanıqlı şəhər inkişafı ölkə rəhbərliyi tərəfindən əsas strateji prioritetlərdən biri kimi müəyyən olunub. Bildirilib ki, bu kontekstdə 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, həmçinin Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi vahid və məqsədyönlü yanaşmanın mühüm tərkib hissəsidir” deyə qeyd olunur.
Konfrans çərçivəsində təhlükəsiz qida mühitinin formalaşdırılmasında memarlıq və şəhərsalmanın rolu, müasir yanaşmalar və beynəlxalq təcrübə, eləcə də bu sahədə qarşıda duran çağırışlar müzakirə olunacaq.






İlk şərhi yaza bilərsiniz