BAYRAQDAR MEDİA – Türkiyədə doğunun mikroiqlim xüsusiyyətlərinə malik ən mühüm kənd təsərrüfatı mərkəzlərindən biri olan Iğdır Ovasında havaların isinməsi ilə suvarma mövsümü rəsmi olaraq başlayıb. Qışdan sonra oyanan torpaq kanallara su verilməsi ilə yenidən canlanıb və fermerlər ilk suvarmanın sevincini yaşayırlar.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Araz çayı və bölgədəki su anbarlarından qidalanan kanalların açılması ilə ərazidə intensiv işlərə başlanılıb: “Xüsusilə qarğıdalı, yonca və meyvə bağlarında aparılan suvarma işləri kənd təsərrüfatının davamlılığı baxımından böyük əhəmiyyət daşıyır. Baharın müjdəçisi sayılan leyləklər də mövsümün başlaması ilə tarlalarda görünməyə başlayıb. Suvarma zamanı ortaya çıxan həşəratlar köçəri quşlar üçün zəngin qida mənbəyinə çevrilib. Qış yağıntılarından sonra torpağın rütubətindən razı qalan fermerlər mövsümə ümidlə daxil olublar”.
Rəsmi qurumların apardığı təmizləmə və texniki işlər sayəsində suyun tarlalara problemsiz çatdırıldığı bildirilib.






İlk şərhi yaza bilərsiniz