Press "Enter" to skip to content

AQTA-dan heyvanların peyvəndlənməsi ilə bağlı videoçarx – VİDEO

AQTA-dan heyvanların peyvəndlənməsi ilə bağlı videoçarx

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvanların peyvəndləmə prosesinə dair təlimatlandırıcı videoçarx hazırlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ölkədə epizootik sabitliyin qorunması və heyvan sağlamlığının təmin edilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanların qarayara, dabaq, nodulyar dermatit, bruselyoz, çiçək, itlərin quduzluq, təkdırnaqlı heyvanların isə rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvəndlənməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Peyvəndləmələr aidiyəti dövlət qurumu ilə bağlanmış müqavilə əsasında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq mütəxəssisləri tərəfindən icra edilir. Peyvəndləmədə istifadə ediləcək vaksinin son istifadə tarixi, saxlanma şəraiti (“soyuq zəncir” rejimi) mütəxəssis tərəfindən cavabdeh şəxsə göstərilməlidir. Hər bir heyvan üçün fərdi steril iynələrdən istifadə edilməli, inyeksiya nahiyəsi dezinfeksiya olunmalıdır. Aparılan hər bir peyvəndləmə haqqında məlumatlar heyvanın pasportuna, heyvanların identifikasiyası və qeydiyyatı sisteminə və ya dövlət baytarlıq uçot formalarına qeyd edilməlidir”.

Qeyd olunub ki, təsərrüfat sahibləri heyvan xəstəliklərinə qarşı aparılan profilaktik və sağlamlaşdırıcı tədbirlərlə bağlı qarşılaşdıqları məsələlər üzrə Agentliyin “1003 – Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.