Press "Enter" to skip to content

Bəzi proseslər ciddi narahatlıq doğururdu

Rza Ağapur

Müəyyən qrupların Güney Azərbaycan əraziləri ilə bağlı qaranlıq planlarının olduğu açıq şəkildə görünürdü

BAYRAQDAR MEDİA – “Bir neçə il əvvəl müxtəlif İran yönümlü təşkilatlar, o cümlədən Mücahidlər Xalq Təşkilatı kimi qurumlar müəyyən kürd terror qüvvələrlə birləşərək vahid cəbhə formalaşdırmağa çalışdılar. Regionda baş verən hadisələr, xüsusilə ABŞ və İsrail-İran gərginliyi fonunda belə bir təsəvvür formalaşdırılırdı ki, bölgədə yeni siyasi və hərbi proseslər başlaya bilər”.

Bunu BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan Koordinasiya Platformasının sözçüsü Rza Ağapur seyib.

O, qeyd edib ki, həmin proseslər fonunda bəzi qüvvələrin, xüsusilə müəyyən qrupların Güney Azərbaycan əraziləri ilə bağlı qaranlıq planlarının olduğu açıq şəkildə görünürdü: “Xüsusilə kürdlərin Urmiya və Sulduz bölgələri ilə bağlı iddiaları və bu ərazilərin başqa adlar altında təqdim olunması ciddi narahatlıq doğururdu. Təəssüf ki, həmin dövrdə bəzi Güney Azərbaycan təşkilatları bu proseslərə strateji yanaşa bilmədi və lazımi koordinasiya təmin olunmadı. Məhz bu boşluğu doldurmaq üçün daha sistemli və mərkəzləşdirilmiş bir platformanın yaradılmasına ehtiyac yarandı. Bu zərurətdən irəli gələrək Güney Azərbaycan Koordinasiya Platforması formalaşdırıldı”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.