BAYRAQDAR MEDİA – Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev 8 may 2026-cı il tarixində saat 11:00-dan etibarən 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 117) Qəbələ, İsmayıllı və Oğuz rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə Dövlət Vergi Xidmətinin məlumatında qeyd edilib.
Məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 27 aprel – 6 may 2026-cı il tarixlərində Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, Qəbələ və İsmayıllı rayonları üzrə Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya DVX-nin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.






İlk şərhi yaza bilərsiniz