BAYRAQDAR MEDİA – Pamukkale Universitetində keçirilən VII Eser Analiz Konqresi (EsAn 2026) 4 gün davam edən proqramla başa çatıb. Tədbirdə ölkə üzrə 42 universitetdən 320-yə yaxın iştirakçı qatılıb.
Universitetin məlumatına əsasən, Konqres elmi müzakirələr və təqdimatlarla zəngin olub: “Akademiklər, tələbələr və sənaye nümayəndələri bir araya gəlib. Açılışda universitet rəhbərliyi elmi əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Sessiyalarda müxtəlif analiz metodları və yeni tədqiqatlar təqdim olunub. Sənaye nümayəndələri texnologiya və karyera imkanlarını bölüşüblər”.
Tədbir həm elmi, həm də sosial baxımdan səmərəli platforma kimi qiymətləndirilib.






İlk şərhi yaza bilərsiniz