Press "Enter" to skip to content

MEK-in AMEA-da təlimləri

MEK-dən AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün təlimlər

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA-nın elmi-tədqiqat institutlarında çalışan kitabxanaçıların peşə bacarıqlarını inkişaf etdirmək, qabaqcıl təcrübəni yaymaq və kitabxana-informasiya sahəsində elmi-innovativ bilikləri öyrənərək tətbiq etmək məqsədilə ixtisasartırma təlimləri təşkil edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “təlimin ilk günündə MEK-in direktoru texnika elmləri doktoru, Dos. Hüseyn Hüseynov kitabxanaçılarla görüşərək dövlət tərəfindən bu sahəyə göstərilən yüksək qayğıdan danışıb, elmi kitabxanalarda səmərəli, məhsuldar tədqiqat mühitinin formalaşdırılmasının və qorunmasının vacibliyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb. İki həftə davam edəcək “Biliyin gələcəyi və innovasiyalar” adlı təlimdə iştirakçılar akademik kitabxanalarda süni intellektin tətbiqi, korporativ kitabxana sistemləri, rəqəmsal kolleksiyaların formalaşdırılması, nadir nəşrlərin qorunması və kitabxana işinə dair digər mühüm biliklərə yiyələnəcəklər”.

MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın rəhbərliyi ilə təşkil olunan təlimlərin sonunda aktiv iştirakçılara MEK tərəfindən sertifikatlar təqdim ediləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.