BAYRAQDAR MEDİA – Dünya Minifutbol Federasiyası (WMF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Siyahının ilk pilləsində son dünya çempionatının qalibi olan Azərbaycan millisi qərarlaşıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Minifutbol Federasiyasından (AMF) daxil olub.
Xəbərdə qeyd edilir ki, “4 min 085 xal toplayan Azərbaycan komandası tarixində ilk dəfə olaraq bu uğura imza atıb. Reytinq cədvəlinin ikinci pilləsində 3 min 890 xalla son Avropa çempionu Serbiya millisi yer alır. İlk üçlüyü isə 3 min 385 xalla Rumıniya komandası tamamlayır”.






İlk şərhi yaza bilərsiniz