Press "Enter" to skip to content

Oxuyub anlama bacarıqlarının inkişafı üzrə təlim keçiriləcək

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin ibtidai sinif müəllimləri üçün “Oxu üzrə dekodlaşdırmadan anlamaya interaktiv keçid” mövzusunda onlayn təlim keçiriləcək.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Məlumata görə, təlimin əsas məqsədi müəllimlərə oxuyub-anlama prosesinin daha effektiv təşkili yollarını təqdim etmək, şagirdlərdə düşünərək oxuma, məna çıxarma və mətn üzərində analitik təhlil bacarıqlarını inkişaf etdirməyə yönəlmiş müasir və məqsədli yanaşmalarla tanış etməkdən ibarətdir: “Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil olunan təlim çərçivəsində müəllimlərə şagirdlərin oxuduqları mətn üzərində düşünməsini, nəticə çıxarmasını və oxu prosesində daha fəal iştirakını təmin edən pedaqoji metod və strategiyalar təqdim olunacaq. Bu yanaşmalar gündəlik dərs prosesində tətbiq üçün, eyni zamanda PIRLS kimi beynəlxalq qiymətləndirmələrdə tələb olunan yüksək səviyyəli oxu və anlama bacarıqlarının formalaşdırılmasına xidmət edir”.

Təlim 29 aprel saat 16:00-da Microsoft Teams üzərindən təşkil olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.