BAYRAQDAR MEDİA – Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, tibb tarixində adı əbədiləşmiş fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasından 103 il keçir. Bu münasibətlə səhiyyə naziri Teymur Musayev və nazirliyin rəhbərliyi 2026-cı il aprelin 28-də Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Z.Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və təzə çiçəklər düzülüb. Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub”.






İlk şərhi yaza bilərsiniz