Press "Enter" to skip to content

Köçəri quşlar yuvalarına qayıtdı

Köçəri quşlar

Son yeniləmə: 29 Aprel 2026

BAYRAQDAR MEDİA – Doğu Anadolunun “Çukurovası” kimi tanınan Iğdırda baharın gəlişi ilə birlikdə təbiətdə canlanma müşahidə olunur. Havaların isinməsindən istifadə edən köçəri quşlar qışı keçirdikləri isti bölgələrdən ayrılaraq yenidən Iğdırdakı yuvalarına qayıdıblar.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, şəhər mərkəzində yerləşən və artıq Iğdırın simvoluna çevrilən tarixi ağaclar bu il də öz “qonaqlarını” qəbul etməyə başlayıb: “Xüsusilə balıqçıl quşlarının hər il olduğu kimi bu il də şəhərin yüksək ağaclarında qurduqları yuvalara dönməsi maraqlı mənzərə yaradıb. Sakinlər səmada süzən və yuva hazırlığı görən quşları maraqla izləyirlər. Təkcə şəhər mərkəzi deyil, Iğdırın həyat mənbəyi sayılan Araz çayı və ətrafındakı bataqlıq ərazilər də köç mövsümünün təsirini hiss edir. Bir çox quş növü üçün strateji dayanacaq hesab olunan bölgə quş səsləri ilə bürünüb”.

Məlumata görə, təbiət müşahidəçiləri və ekspertlər Iğdırın quş köç marşrutları baxımından həyati əhəmiyyət daşıdığını vurğulayırlar: “Araz vadisinin yaratdığı ekoloji imkanlar bölgəni sadəcə keçid məntəqəsi deyil, həm də mühüm məskunlaşma və çoxalma mərkəzinə çevirir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.