Press "Enter" to skip to content

Ali təhsil müəssisələri üçün yaradılacaq imkanların müzakirəsi

Ali təhsil müəssisələri üçün yaradılacaq imkanların müzakirəsi

BAYRAQDAR MEDİA – Aprelin 29-da Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında “SABAH.city” innovasiya şəhərciyində yerləşəcək ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə EATDA-nın direktoru Ülkər Səttarova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Bakı Dövlət Universitetinin rektorları, Yüksək Texnologiyalar Parkının rəhbər heyəti, SABAH.HUB İnnovasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı, eləcə də adıçəkilən qurum və müəssisələrin nümayəndələri iştirak ediblər. Görüş zamanı iştirakçılara “SABAH.city” layihəsinin əhəmiyyəti, indiyədək görülmüş işlər, şəhərciyin hazırkı inkişaf mərhələsi və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib. Həmçinin innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar diqqətə çatdırılıb”.

Ardınca xəbərdə, “görüşdə “SABAH.city” ilə ali təhsil müəssisələri arasında qısamüddətli və ortamüddətli əməkdaşlıq planı, yeni yaradılacaq laboratoriyaların təyinatı, eləcə də şəhərcikdə gələcək fəaliyyətin təşkili ilə bağlı məsələlər müzakirə olunub. Sonda görüş iştirakçıları “SABAH.city” innovasiya şəhərciyinin birinci fazası üzrə tikinti ərazisi ilə tanış olublar” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.